Rusiyanın Murmansk şəhər hava limanı bir neçə saat ərzində bağlı qalıb.
Bizim.Media “Ria Novosti”yə istinadən xəbər verir ki, aeroportun fəaliyyəti şəhərdə müşahidə olunan kəskin qar çovğunu ilə əlaqədar dayandırılıb.
Nəticədə bir neçə aviareysin təxirə salındığı bildirilib.
Həmçinin, bəzi təyyarələrin uçuş, bəzilərinin isə eniş vaxtı dəyişdirilib.
Bizim.Media