Serbiyanın şərqindəki Pirot şəhəri yaxınlığında miqrantları daşıyan avtobus aşıb.
Bizim.Media xəbər verir ki, qəza nəticəsində iki nəfər ölüb.
20 nəfər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Məlumata görə, xəsarət alanların əksəriyyəti azyaşlılardır.
Qəza faktı ilə bağlı cinayət işi başlanıb.
Polis avtobus sürücüsünü həbs edib. Miqrantları daşıyan avtobusun sürücüsü sürət həddini pozaraq, işıq dirəyinə çırpılıb.
Bizim.Media