Bolqarıstanın Sliven şəhərində xəstəxananın koronavirus xəstələri saxlanılan şöbəsində yanğın olub.
Bizim.Media xəbər verir ki, gecə saatlarında xəstəxananın 4-cü mərtəbəsində baş verən yanğın nəticəsində 3 koronavirus xəstəsi ölüb.
Digər xəstələr evakuasiya edilib.
Yanğının baş vermə səbəbləri araşdırılır.
Bizim.Media