4-cü Paris Sülh Forumu başa çatıb.
Bizim.Media xəbər verir ki, forumun yekun kommünikesində 22 dövlətin silahlı qüvvələrinin ətraf mühitə mənfi təsirləri azaltmaqla bağlı razılıq əldə etdikləri öz əksini tapıb.
Kommnünikedə qeyd olunub ki, razılıq ordunun zərərli emissiyalarını və ətraf mühitə dəyən ziyanı azaltmaq məqsədi daşıyır.
Fransa, Belçika, ABŞ, Yunanıstan və Seneqal nümayəndələri ilkin olaraq razılaşmaya imza atıblar.
Təşəbbüsü dəstəkləyənlərin sayının artacağı bildirilib.
Qeyd edək ki, Paris Sülh Forumu hər il Birinci Dünya Müharibəsinin başa çatmasının ildönümündə keçirilir. Forumda dövlət başçıları, müxtəlif beynəlxalq təşkilatların, fondların və şirkətlərin rəhbərləri iştirak edirlər.
Bizim.Media