Hindistanın paytaxtı Dehlidə havanın çirklənməsinin artması məktəblərdə bir həftəlik tətilə səbəb olub.
Bizim.Media xəbər verir ki, bu barədə bu barədə şəhər rəhbərliyi məlumat yayıb.
"Uşaqların çirkli hava ilə nəfəs almasının qarşısını almaq üçün bazar ertəsindən etibarən məktəblər bağlanacaq", - deyə məlumatda bildirilib.
Həmçinin, Dehlidə bütün tikinti işləri 4 gün müddətinə dayandırılıb.
Bizim.Media