İtaliyada uçan taksilər turistlərin istifadəsinə veriləcək.
Bizim.Media xəbər verir ki, bununla bağlı Almaniyanın "Volocopter" şirkəti İtaliyanın “Fiumicino” Hava Limanı ilə əməkdaşlığa başlayıb.
Akkumulyatorla işləyən taksilərin 2024-cü ilə qədər fəaliyyətə başlayacağı gözlənilir.
Taksilərdən eyni zamanda iki sərnişin istifadə edə biləcək. Hava limanından şəhərə qədər səyahətin müddəti təxminən 15 dəqiqə çəkəcək. Avtomobillə bu yolu qət etmək üçün isə 45 dəqiqə tələb olunur.
Bizim.Media