İstanbulda saxlanılan NTV jurnalistləri casusluqda ittiham edilə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb. Bildirilib ki, məhkəmə bu işi hələ baxılmaq üçün qəbul etməyib.
Qeyd edək ki, NTV-nin əməkdaşları Aleksey Petruşko və İvan Malışkin bir neçə gün əvvəl İstanbulda saxlanılıb. Onlar akkreditasiyadan keçməyərək, PUA-ların olduğu ərazidə çəkiliş aparıblar.
İstanbul rəhbərliyi jurnalistlərin icazəsiz çəkilişlərə görə tutulduğunu təsdiqləyib.
Bizim.Media