Soçinin "Roza Xutor" kurortunda xizəkçi həlak olub.
Moderator.az Rus mətbuatına istinadla xəbər verir ki, "Roza Xutor"da sezon başlayan kimi faciə baş verib.
Verilən məlumata görə, 23 martda 6 xizəkçi zirvələrdən birinə yola düşüb. Onlar "Labirint"yolu ilə hərəkət ediblər. Birdən dağdan qar uçqunu olub. Şahidlərin ifadəsinə görə 4 idmançı özləri qarın altından xilas ola biliblər.
Beşinci nəfəri xilasedicilər tapıb. 6 - cı xizəkçi isə hələ də qar altındadır. Onu tapmaq mümkün olmayıb. Bütün səylərin nəticə vermədiyini görən xilasedicilər axtarış işlərini dayandırıblar.