Ermənilərin törətdiyi ekocinayətlərlə bağlı müraciət - FOTO

Avropa Azərbaycanlıları Konqresi (AAK) işğaldan azad olunan ərazilərimizdə ermənilərin ekoloji cinayətlər törətməsi ilə bağlı Amsterdamda yerləşən "Greenpeace International" beynəlxalq təşkilatına müraciət edib.

Bizim.Media xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən  bildirilib.

AAK sədri Sahil Qasımovun imzası ilə təşkilata ünvanlanan müraciətdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik 7 rayonun Ermənistan tərəfindən işğal edilməsi, sentyabrın 27-dən başlanan müharibə nəticəsində Azərbaycanın öz ərazilərini azad etməsi və 10 noyabr 2020-ci il tarixli bəyanatla münaqişəyə son qoyulması barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, azərbaycanlıların evini qeyri-qanuni olaraq ələ keçirən ermənilər 28 il ərzində torpaqlarımızı məhv etmək taktikasını həyata keçiriblər, ərazilərimizi tərk edərkən isə evləri, bağları yandırıblar, ağacları qıraraq meşələrə od vurublar, apara bilmədikləri mal-qaranı güllələyiblər:

"Ermənistan silahlı qüvvələrinin qadağan olunmuş fosfor bombalarından istifadə etməklə meşə yanğını törətdiklərinə, təbiətə ölümcül ziyan vurduqlarına, təkcə insanlığa qarşı deyil, həm də təbiətə qarşı qəsdən cinayətə yol verdiklərinə diqqət cəlb olunub".

"Yandırılmış evlərdən, meşələrdən başqa, abidələr, qədim kilsələr, məscidlər, muzeylər və qəbiristanlıqlar talan edilib və dağıdılıb. Məscidlər heyvanxana kimi istifadə olunub".

Ermənilərdən fərqli olaraq, Azərbaycan ordusu tərəfindən azad edilmiş torpaqlarda bir kilsənin də dağıdılmadığı nəzərə çatdırılıb.

Ermənilərin törətdiklərini mədəni irsimizə qarşı vandallıq aktı və bütün beynəlxalq konvensiyalara zidd ekoloji cinayət adlandıran soydaşlarımız "Greenpeace International" beynəlxalq təşkilatını Azərbaycanda ətraf mühitin bərpası və təhlükəsizliyinin təmin olunması kimi ümumi işə yardım göstərməyə çağırıb. 

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Konqoda Eboladan ölənlərin sayı yüksəldi – Qonşu ölkələr üçün RİSK VAR

Konqoda Eboladan ölənlərin sayı yüksəldi – Qonşu ölkələr üçün RİSK VAR

Toy etmək istəyənlərin diqqətinə - Bu tarixdən BAHALAŞMA OLACAQ

Toy etmək istəyənlərin diqqətinə - Bu tarixdən BAHALAŞMA OLACAQ

Tramp: "İranla razılaşmasaydıq, illərlə bomba yağdırmalı olacaqdıq"

Tramp: "İranla razılaşmasaydıq, illərlə bomba yağdırmalı olacaqdıq"

“Şəfa” daha bir futbolçu ilə müqaviləni uzatdı

“Şəfa” daha bir futbolçu ilə müqaviləni uzatdı

Bakı metrosunda həyəcan: Eskalator qəfil dayandı və azyaşlı...

Bakı metrosunda həyəcan: Eskalator qəfil dayandı və azyaşlı...

Direktordan sonra müavini də İŞDƏN ÇIXDI

Direktordan sonra müavini də İŞDƏN ÇIXDI

Rusiyada Hakan Fidana fəxri ad verildi

Rusiyada Hakan Fidana fəxri ad verildi

Tramp ən çox nüvə silahına sahib ölkəni AÇIQLADI

Tramp ən çox nüvə silahına sahib ölkəni AÇIQLADI

“Beşiktaş”ın Avropa Liqasındakı rəqibi bəlli oldu

“Beşiktaş”ın Avropa Liqasındakı rəqibi bəlli oldu

Qənirə Ataşovanın oğlu ABŞ-də ağır qəza keçirdi – FOTO

Qənirə Ataşovanın oğlu ABŞ-də ağır qəza keçirdi – FOTO

Qəbul imtahanında 12 nəfərin nəticəsi ləğv olundu

Qəbul imtahanında 12 nəfərin nəticəsi ləğv olundu

Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO

Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO

Xatirə geyimi ilə diqqət çəkdi - VİDEO

Xatirə geyimi ilə diqqət çəkdi - VİDEO

DÇ-2026: Portuqaliya-Konqo oyunun start heyətləri bəlli oldu

DÇ-2026: Portuqaliya-Konqo oyunun start heyətləri bəlli oldu

Ceyhun Bayramov Koreya nümayəndə heyətini qəbul etdi – Nələr müzakirə edildi? - FOTO

Ceyhun Bayramov Koreya nümayəndə heyətini qəbul etdi – Nələr müzakirə edildi? - FOTO

Bakıda sürücü sükan arxasında dünyasını dəyişdi

Bakıda sürücü sükan arxasında dünyasını dəyişdi

II və III ixtisas qrupu üzrə ən yüksək nəticəni cəmi bir nəfər TOPLADI

II və III ixtisas qrupu üzrə ən yüksək nəticəni cəmi bir nəfər TOPLADI

II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi ELAN EDİLDİ

II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi ELAN EDİLDİ

Bruno Lanqa “Qarabağ”da – VİDEO

Bruno Lanqa “Qarabağ”da – VİDEO

Çimərlikdə İNSİDENT – Kütləvi davanın ANBAAN VİDEOSU

Çimərlikdə İNSİDENT – Kütləvi davanın ANBAAN VİDEOSU

Zirzəmilərdə mağaza, obyekt qurmaq qanunidir?

Zirzəmilərdə mağaza, obyekt qurmaq qanunidir?

Yüksək vəzifəyə təyin olunan Aynur Mirzəyeva kimdir? - DOSYE

Yüksək vəzifəyə təyin olunan Aynur Mirzəyeva kimdir? - DOSYE

Hüquqşünasın faciəvi şəkildə ölən qızı ilə bağlı YENİ MƏLUMAT - VİDEO

Hüquqşünasın faciəvi şəkildə ölən qızı ilə bağlı YENİ MƏLUMAT - VİDEO

Azərbaycanda məktəblər sürətlə bağlanır – SƏBƏB

Azərbaycanda məktəblər sürətlə bağlanır – SƏBƏB

End of content

No more pages to load

RADİO