Norveçin Baş naziri Erna Sulberq kral V Haralda istefa ilə bağlı müraciət edib.
Bizim.Media xəbər verir ki, Erna Sulberq sentyabrda keçirilən parlament seçkilərində İşçi Partiyasının qalib gəlməsi ilə əlaqədar istefa verib.
Son siyasi kampaniyada hakim Mühafizəkarlar Partiyası 20,5 faiz, İşçi Partiyası isə 26,4 faiz səs toplayıb. Kral V Harald İşçi Partiyasının lideri Yonas Qar Styoreyə yeni kabineti formalaşdırmaq üçün səlahiyyət verib.
Bizim.Media