ABŞ suriyalı qaçqınlara 380 milyon dollar həcmində yardım edəcək. Moderator.az-ın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Con Kerri Küveytdə donor ölkələrinin görüşündə bildirib.
ABŞ-ın Suriyaya ümumi yardımı 1,7 milyard dolları keçib. Kerri bildirib ki, bu yardım xalqa çatdırılmalıdır.