DİQQƏT! Bu evlərə “kupça” veriləcək? - AÇIQLAMA

Azərbaycanda sənədsiz evlərin bir çoxu kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilib. Həmin tikililərin rəsmiləşdirilməsi ölkəmizdə aktual məsələlərdən biridir və bu istiqamətdə proses davam etməkdədir.

Bizim.Media xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc İqtisadiyyat.az-a bildirib ki, hazırda on minlərlə ev kütləvi şəkildə kənd təsərrüfatı torpaqlarının üzərində inşa olunub.

Onun sözlərinə görə, faktiki olaraq həmin evlərdə insanlar yaşayır və bu tikililər fərdi yaşayış evi kimi öz mövcudluğunu davam etdirir:

“Yəni vətəndaşların faktiki mülkiyyəti mövcuddur, lakin bu, hüquqi cəhətdən rəsmiləşməyib. Çünki sənədlərdəki uyğunsuzluq həmin şəxslərə müvafiq dövlət qurumlarından mülkiyyət hüququnu təsdiqləyən və yaşayışa icazə verən hüquqi sənəd - çıxarış əldə etməyə imkan vermir.

Lakin aparılan müzakirələr fonunda bu cür təyinatların dəyişmə mexanizmləri də qeyd olunub. Düşünürəm ki, gələcəkdə məhz kənd təsərrüfatı təyinatlı torpaqların üzərində - yəni sayca kifayət qədər evin kütləvi şəkildə tikildiyi ərazilərdə həmin torpaq sahələrinin statusunun yaşayış təyinatına dəyişdirilməsi istiqamətində müəyyən layihələr icra oluna bilər”. 

Mütəxəssis söyləyib ki, burada müvafiq qurumun qarşısında iki yol var:

“Ya qanunvericiliyə əsasən həmin evlər qanunsuz olduğuna görə sökülməlidir, ya da onları qanunsuz edən yeganə səbəb aradan qaldırılmalıdır. Yəni torpaq sahəsinə yaşayış təyinatlı status verilməlidir.

Hesab edirəm ki, həmin evlərin ölkə iqtisadiyyatına qazandırılması, iqtisadi dövriyyəyə daxil olması - qiymətləndirmə, sığorta, girov, büdcəyə vergi ödəyən subyektə çevrilməsi, həmçinin miras olaraq vərəsəyə ötürülməsi və alqı-satqı obyekti olması üçün torpaq sahəsinin təyinatının dəyişdirilməsinə böyük ehtiyac var. Bunun mexanizmi və ya forması isə əmlak amnistiyası şəklində ola bilər ki, həmin torpaqların statusu birbaşa dəyişdirilsin”.

V.Oruc bildirib ki, sənədləşmə məsələsi yüksək gərginlikli elektrik xətlərinin, kommunikasiya vasitələrinin altında, strateji əhəmiyyətli, meşə fonduna daxil ərazilərdə və ya digər qadağan olunmuş zonalarda yerləşən evləri əhatə etməyəcək:

“Söhbət yalnız digər bütün meyarlar üzrə qanuni şəkildə inşa olunmuş, lakin tək problemi torpaq sahəsinin statusunun uyğun gəlməməsi olan evlərdən gedir ki, onları bir qərarla həll etmək olar. Yəni həmin evlərə amnistiya vermək olar. Bu, həm Azərbaycan dövlətinə, həm vətəndaşlara, həm də ölkə iqtisadiyyatına müvafiq qurumun mühüm töhfəsi olar və ən azı 500 mindən çox sənədsiz evin leqallaşdırılması üçün ciddi addım atılar”. (yenisabah.az)

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızıl və gümüş UCUZLAŞDI

Qızıl və gümüş UCUZLAŞDI

Tramp İran xalqına MÜRACİƏT etdi

Tramp İran xalqına MÜRACİƏT etdi

Əvvəl bacısını, sonra özünü bıçaqladı

Əvvəl bacısını, sonra özünü bıçaqladı

Putin: “Nikol Vovayeviç hesab edirdi ki, Azərbaycan-Ermənistan sərhədinin müəyyən hissələrini qorumalıyıq, lakin...”

Putin: “Nikol Vovayeviç hesab edirdi ki, Azərbaycan-Ermənistan sərhədinin müəyyən hissələrini qorumalıyıq, lakin...”

İranla diplomatik əlaqələri kəsdilər

İranla diplomatik əlaqələri kəsdilər

Xaricdə ali təhsil almış şəxslərin NƏZƏRİNƏ!

Xaricdə ali təhsil almış şəxslərin NƏZƏRİNƏ!

Ölümün səssiz ünvanları – Yayın acı STATİSTİKASI - CƏDVƏL

Ölümün səssiz ünvanları – Yayın acı STATİSTİKASI - CƏDVƏL

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Mağazada robot müştəriyə hücum etdi – VİDEO

Mağazada robot müştəriyə hücum etdi – VİDEO

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Putin Paşinyanı Moskvaya çağırdı: “Gəlsin, söhbət edək”

Putin Paşinyanı Moskvaya çağırdı: “Gəlsin, söhbət edək”

Birjalarda neft bahalaşdı

Birjalarda neft bahalaşdı

Sumqayıtda minik avtomobili piyadanı vuraraq öldürdü

Sumqayıtda minik avtomobili piyadanı vuraraq öldürdü

Niyə təyyarəyə heç vaxt şortla minmək olmaz? - Stüardessanın məsləhəti

Niyə təyyarəyə heç vaxt şortla minmək olmaz? - Stüardessanın məsləhəti

Bazarda 2,50 manata satılan möcüzəvi meyvə ürəyi yeniləyir

Bazarda 2,50 manata satılan möcüzəvi meyvə ürəyi yeniləyir

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

Qısamüddətli kirayə mənzillərə qadağa gündəmdə - Azərbaycanda da tətbiq olunacaq?

Qısamüddətli kirayə mənzillərə qadağa gündəmdə - Azərbaycanda da tətbiq olunacaq?

DİQQƏT! Bu evlərə “kupça” veriləcək? - AÇIQLAMA

DİQQƏT! Bu evlərə “kupça” veriləcək? - AÇIQLAMA

Putin: “Ermənistan istəsə, elə sabah Gümrüdəki bazanı tərk edərik” – VİDEO

Putin: “Ermənistan istəsə, elə sabah Gümrüdəki bazanı tərk edərik” – VİDEO

Turşunun içinə 3 ədəd atın: Yumşalmır, uzun müddət xırçıltılı qalır

Turşunun içinə 3 ədəd atın: Yumşalmır, uzun müddət xırçıltılı qalır

Türkiyədə iki gəmi toqquşdu: 10 nəfər itkin düşüb

Türkiyədə iki gəmi toqquşdu: 10 nəfər itkin düşüb

Nepalda daşqınların dağıtdığı ərazini tərk etməyən sadiq it hər kəsi kövrəltdi - FOTO

Nepalda daşqınların dağıtdığı ərazini tərk etməyən sadiq it hər kəsi kövrəltdi - FOTO

724 minlik körpü açılışda çökdü - Video

724 minlik körpü açılışda çökdü - Video

İran ABŞ-ın İordaniyadakı hərbi bazasını belə vurdu – ANBAAN VİDEO

İran ABŞ-ın İordaniyadakı hərbi bazasını belə vurdu – ANBAAN VİDEO

End of content

No more pages to load

RADİO