Kiçik mağazaların sonu gəldi - SƏBƏB

“İstehlakçıların kiçik mağazalardan daha çox iri ticarət mərkəzlərinə üz tutmaları əsasən bir neçə səbəbdən qaynaqlanır. “Bir dayanacaqda hər şey” prinsipindən irəli gəlir. İstehlakçı vaxtını qənaət etmək istəyir, ayrı-ayrı obyektlərə getmək əvəzinə bir məkanda geyim, ərzaq, əyləncə və xidməti birləşdirmək istəyi güclənir”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Yenisabah.az”a açıqlamasında Korporativ Kommunikasiya üzrə ekspert Səfər Aslanov bildirib. 

Onun sözlərinə görə, təcrübə iqtisadiyyatı (experience economy) məntiqindən yanaşsaq ticarət mərkəzi artıq təkcə alış-veriş yeri deyil həm də sosial məkandır:

“Kafe, kino, uşaq zonası ilə bir yerdə "gün keçirmək" formatı yaradır ki, tək mağaza bunu təklif edə bilmir. Etibar və rahatlıq vacib amildir. Kondisionerli, təhlükəsiz, geniş parkinqli mühit, sabit iş saatları və vahid geri qaytarma/zəmanət standartları istehlakçı üçün əlavə dəyər yaradır.

Kiçik obyektlər üçün təsir birmənalı deyil. Bu sıxışdırma effekti yaradır. Aşağı marja ilə işləyən, differensasiya edə bilməyən kiçik mağazalar müştəri axınını itirir. Amma bu proses tam yox olma demək deyil sadəcə bazar seqmentləşir”.

“Bilməliyik ki, əslində ümumi bazar deyil, paylanma strukturu dəyişir. Bütövlükdə pərakəndə ticarət böyüyür amma bu artımın böyük hissəsi yeni, təşkilatlanmış formatlara yönəlir. Küçə mağazaları tamamilə yox olmur, lakin rolu dəyişir. Kütləvi istehlakdan çox, məhəllə səviyyəsində operativ ehtiyacları və ya niş, ixtisaslaşmış məhsulları qarşılayan formaya keçir. Kiçik mağazaların bazarda davam gətirmələri üçün yeni tendensiyalara uyğunlaşmaları lazımdır.

Niş ixtisaslaşma başqa sözlə desək dar kateqoriyada dərin ekspertiza çıxış yollarından biridir.

Ticarət mərkəzi hər kateqoriyada səthi çeşid təklif edir, kiçik mağaza isə bir sahədə maksimum dərinliyə gedə bilər. Bu, həm çeşid, həm də satıcının ekspert məsləhəti ilə fərqlənməsini təmin edir. Nəticədə müştəri "hər şeyi olan" yerə deyil, "ən yaxşı bilən" yerə üz tutur.

Məhəllə formatında fəaliyyət də mümkündür. Böyük mərkəzlə geniş çeşiddə rəqabət aparmaq əvəzinə, gündəlik və tez-tez alınan mallara fokuslanmaq daha realistdir. Yaxınlıq, uzun iş saatları və çevik xidmət (məsələn, kiçik borc və ya sürətli çatdırılma) məhəllə etimadını gücləndirir. Bu format ticarət mərkəzinin əlçatmadığı, vaxt və məsafə həssaslığı olan müştərini saxlayır”.

Ekspert qeyd edib ki, hazırda rəqəmsal aktivliyin tətbiqi vacibdir:

“Fiziki ölçü məhdudiyyəti sosial media və onlayn sifariş kanalları ilə kompensasiya oluna bilər. Google Maps-də aktiv profil və WhatsApp/Instagram üzərindən sifariş imkanı kəşf edilmə problemini azaldır. Kiçik büdcəli, məqsədyönlü reklamlar isə uzaq mərkəzlərlə deyil, yaxın auditoriya ilə əlaqəni gücləndirir. Ticarət mərkəzinin təklif edə bilmədiyi isti, fərdi münasibət kiçik mağazanın əsl üstünlüyüdür. Daimi müştərinin zövqünü, ölçüsünü xatırlamaq və tövsiyə əsaslı əlaqə qurmaq loyallığı artırır. Bu yanaşma alış-verişi sadə tranzaksiyadan sosial təcrübəyə çevirir”.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızıl və gümüş UCUZLAŞDI

Qızıl və gümüş UCUZLAŞDI

Tramp İran xalqına MÜRACİƏT etdi

Tramp İran xalqına MÜRACİƏT etdi

Əvvəl bacısını, sonra özünü bıçaqladı

Əvvəl bacısını, sonra özünü bıçaqladı

Putin: “Nikol Vovayeviç hesab edirdi ki, Azərbaycan-Ermənistan sərhədinin müəyyən hissələrini qorumalıyıq, lakin...”

Putin: “Nikol Vovayeviç hesab edirdi ki, Azərbaycan-Ermənistan sərhədinin müəyyən hissələrini qorumalıyıq, lakin...”

İranla diplomatik əlaqələri kəsdilər

İranla diplomatik əlaqələri kəsdilər

Xaricdə ali təhsil almış şəxslərin NƏZƏRİNƏ!

Xaricdə ali təhsil almış şəxslərin NƏZƏRİNƏ!

Ölümün səssiz ünvanları – Yayın acı STATİSTİKASI - CƏDVƏL

Ölümün səssiz ünvanları – Yayın acı STATİSTİKASI - CƏDVƏL

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Mağazada robot müştəriyə hücum etdi – VİDEO

Mağazada robot müştəriyə hücum etdi – VİDEO

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Putin Paşinyanı Moskvaya çağırdı: “Gəlsin, söhbət edək”

Putin Paşinyanı Moskvaya çağırdı: “Gəlsin, söhbət edək”

Birjalarda neft bahalaşdı

Birjalarda neft bahalaşdı

Sumqayıtda minik avtomobili piyadanı vuraraq öldürdü

Sumqayıtda minik avtomobili piyadanı vuraraq öldürdü

Niyə təyyarəyə heç vaxt şortla minmək olmaz? - Stüardessanın məsləhəti

Niyə təyyarəyə heç vaxt şortla minmək olmaz? - Stüardessanın məsləhəti

Bazarda 2,50 manata satılan möcüzəvi meyvə ürəyi yeniləyir

Bazarda 2,50 manata satılan möcüzəvi meyvə ürəyi yeniləyir

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

Qısamüddətli kirayə mənzillərə qadağa gündəmdə - Azərbaycanda da tətbiq olunacaq?

Qısamüddətli kirayə mənzillərə qadağa gündəmdə - Azərbaycanda da tətbiq olunacaq?

DİQQƏT! Bu evlərə “kupça” veriləcək? - AÇIQLAMA

DİQQƏT! Bu evlərə “kupça” veriləcək? - AÇIQLAMA

Putin: “Ermənistan istəsə, elə sabah Gümrüdəki bazanı tərk edərik” – VİDEO

Putin: “Ermənistan istəsə, elə sabah Gümrüdəki bazanı tərk edərik” – VİDEO

Turşunun içinə 3 ədəd atın: Yumşalmır, uzun müddət xırçıltılı qalır

Turşunun içinə 3 ədəd atın: Yumşalmır, uzun müddət xırçıltılı qalır

Türkiyədə iki gəmi toqquşdu: 10 nəfər itkin düşüb

Türkiyədə iki gəmi toqquşdu: 10 nəfər itkin düşüb

Nepalda daşqınların dağıtdığı ərazini tərk etməyən sadiq it hər kəsi kövrəltdi - FOTO

Nepalda daşqınların dağıtdığı ərazini tərk etməyən sadiq it hər kəsi kövrəltdi - FOTO

724 minlik körpü açılışda çökdü - Video

724 minlik körpü açılışda çökdü - Video

İran ABŞ-ın İordaniyadakı hərbi bazasını belə vurdu – ANBAAN VİDEO

İran ABŞ-ın İordaniyadakı hərbi bazasını belə vurdu – ANBAAN VİDEO

End of content

No more pages to load

RADİO