Ukraynanın Snigirevka şəhərində 64 yaşlı kişi ailə münaqişəsindən sonra benzin tökərək qayınanasını yandırıb.
Bizim.Media “korrespondent.net” saytına istinadən xəbər verir ki, informasiyanı Nikolayev vilayətinin Milli Polis İdarəsi yayıb.
Mənbə bildirir ki, insident zamanı qadın ölüb.
Hadisə 2 oktyabr şənbə günü baş verib. Bu haqda qonşu qadının hüquq-mühafizə orqanlarına zəngindən sonra məlum olub.
O, kişinin sərxoş olduğunu və yanğının yaşayış binasına keçdiyini söyləyib. Yanğın söndürüldükdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları 84 yaşlı qadının cəsədini aşkar ediblər.
Kişi saxlanılıb. Qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.
Saxlanılan şəxs 15 ilə qədər və ya ömürlük həbs cəzası ilə üzləşə bilər.
Bizim.Media