Əfqanıstanın Nanqarhar əyalətinin paytaxtı Cəlalabadda baş vermiş silahlı hücum zamanı biri uşaq olmaqla azı 4 nəfər ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə “Tolo News” yerli icra orqanlarına istinadən məlumat yayıb.
“Şənbə günü axşam saatlarında ölkənin şərqindəki Nanqarhar əyalətində planlaşdırılan hücum nəticəsində azı 4 nəfər öldürülüb”, - mənbənin məlumatında belə deyilir.
Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.
Bizim.Media