ABŞ-ın keçmiş prezidenti Donald Tramp ilk dəfə "Pfizer"lə koronavirusa qarşı peyvənd edildiyini açıqlayıb və yenidən peyvənd oluna biləcəyini istisna etməyib.
Bizim.Media xəbər verir ki, bu barədə xarici mətbuatda informasiya yayılıb.
Tramp mövzu ilə bağlı "Yahoo Finance" internet portalına müsahibəsində danışıb.
Xatırladaq ki, ABŞ-da üç şirkətin - "Pfizer", "Moderna" və "Johnson & Johnson"un peyvəndlərinin istifadəsi təsdiqlənib.
Bizim.Media