Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin Tbilisidə qaldığı mənzilin sahibi həbs olunub.
Bizim.Media xəbər verir ki, bunu Gürcüstan Daxili İşlər Nazirliyinin kriminal polis rəisi Mamuka Çelidze açıqlayıb.
O bildirib ki, Tbilisi Polis İdarəsi əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində 1958-ci il təvəllüdlü mənzil sahibi bir cinayəti gizlətdiyinə görə saxlanılıb.
Qeyd edək ki, Saakaşvili Tbilisidə Qldani-Nadzaladevi rayonunda mənzillərin birində saxlanılıb.
Bizim.Media