ABŞ-ın keçmiş prezidenti Donald Tramp "Twitter" hesabının qaytarılması üçün Florida ştat məhkəməsinə müraciət edib.
Bizim.Media "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, D.Tramp hesabın tam qaytarılması ilə bağlı məhkəmə çəkişməsinin davam etdiyi müddət ərzində "Twitter" səhifəsinin müvəqqəti aktivləşdirilməsini tələb edir.
Xatırladaq ki, ABŞ-ın sabiq prezidentinin "Twitter" hesabı, eləcə də digər sosial şəbəkə səhifələri ilin əvvəlində ABŞ Konqresinə hücumdan sonra bağlanmışdı.
D.Tramp öz hesabının siyasi rəqiblərinin təzyiqi ilə bağlandığını iddia edir.
Bizim.Media