"Pfizer/Biontech" vaksinlərinin saxlanma müddəti əlavə 3 ay uzadılıb.
Bizim.Media xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa Dərman Agentliyi və ABŞ Qida və Dərman Administrasiyasının rəylərini nəzərə alaraq, "Pfizer/Biontech" preparatlarından istifadə edən ölkələrə vaksinin istifadə müddətinin uzadılması ilə bağlı məktub göndərib.
Qeyd edək ki, son istifadə tarixi 2021-ci ilin may ayından 2022-ci ilin fevralına qədər olan "Pfizer" vaksininin yeni təsdiq olunmuş saxlanma müddəti 9 ay olacaq.
Bizim.Media