Saakaşvilinin yeni həyat yoldaşı kimdir? – Siyasətçi, bəstəkar, Oksford məzunu… - FOTO

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Tiflisdə saxlanıldıqdan sonra yeni həyat yoldaşının ukraynalı deputat Yelizaveta Yasko olduğunu açıqlayıb. 

Bizim.Media Yelizaveta Yasko haqqında informasiya toplayıb. 

Yelizaveta Alekseyevna Yasko 17 oktyabr 1990-cı ildə Kiyevdə anadan olub. 2008-2012-ci illərdə Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəlsəfə fakültəsində təhsil alıb. Siyasi elmlər üzrə bakalavr  və magistr dərəcəsi alıb.  
 

MÖVZU İLƏ BAĞLI:

Saakaşvili Gürcüstanda deyil – RƏSMİ AÇIQLAMA 


2016-2017-ci illərdə Oksford Universitetində oxuyub və burada ictimai siyasət üzrə magistr dərəcəsi alıb. Oksford Universitetinin Blavatnik Dövlət İdarəçilik Məktəbini bitirən ilk Ukrayna vətəndaşı olub.

Yasko fortepiano sinfində peşəkar musiqi təhsili alıb, 50-dən çox kompozisiya və mahnı müəllifidir. 

2017-ci ildə Britaniyanın Mədəniyyət, Media və İdman üzrə nazirliyində çalışıb. Ukraynaya qayıdaraq Britaniyanın Clover Films şirkəti ilə əməkdaşlıq edib, mədəni və təhsil layihələri, sənədli filmlərin yaradılması ilə məşğul olan “Yellow Blue Strategy” təşəbbüsünü qurub. 

2019-cu ildə keçirilən erkən parlament seçkilərində Yelizaveta Yasko "Xalqın Xidmətçisi" siyasi partiyasından deputat seçilib. 17 sentyabr 2019 -cu ildən 11 yanvar 2021-ci ilə qədər Yasko AŞPA Daimi Nümayəndəliyinin sədri olub.   

Onun Saakaşvili ilə yaxınlığı haqda informasiya 6 sentyabr 2020-ci ildə ortaya çıxıb. Həmin gün Prezident Aparatının keçmiş rəhbəri Andrey Boqdan Mixeil Saakaşvili və Yasko ilə şərab içdikləri barədə foto yaymışdı. 

Saakaşvili video mesajında Yasko ilə yeni ailə qurduğunu deyib. Yasko videonun Saakaşvilinin oktyabrın 1-də Gürcüstana gəlişindən əvvəl çəkildiyini bildirib. 

Xatırladaq ki, daha əvvəl Saakaşvili Niderland əsilli Sandra Rulofs ilə evli olub. İki oğlu var - Eduard və Nikoloz.  

Yasko isə rəsmi olaraq evlənməyib və uşağı yoxdur. Onun atası məşhur ukraynalı skripkaçı, Ukraynanın xalq artistidir. Yelizaveta Yasko həm media məkanında, həm də sosial şəbəkələrdə olduqca aktivdir. Facebook-da iki səhifəsi, ingilis dilində bir Twitter səhifəsi, bir Instagram hesabı, bir Telegram kanalı, bir Youtube kanalı və şəxsi veb saytı var. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fatimə Bayramova dünya çempionatına qələbə ilə başladı

Fatimə Bayramova dünya çempionatına qələbə ilə başladı

Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıb? - VİDEO

Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıb? - VİDEO

“Zımbırtı.az”ın admininə 8 sutka həbs verildi

“Zımbırtı.az”ın admininə 8 sutka həbs verildi

Yevlaxda 16 yaşlı qız vəfat etdi

Yevlaxda 16 yaşlı qız vəfat etdi

İlham Əliyev Mərakeş Kralını təbrik etdi

İlham Əliyev Mərakeş Kralını təbrik etdi

Rusiyanın bu ərazilərinə zərbə endirilir - Hədəfləri ABŞ və Fransa seçib

Rusiyanın bu ərazilərinə zərbə endirilir - Hədəfləri ABŞ və Fransa seçib

Avqustun ən çox gözlənilən 5 smartfonu açıqlandı

Avqustun ən çox gözlənilən 5 smartfonu açıqlandı

Magistratura üzrə plan yerlərinin 80 faizə qədəri dolub - Məleykə Abbaszadə

Magistratura üzrə plan yerlərinin 80 faizə qədəri dolub - Məleykə Abbaszadə

Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi – CƏDVƏL

Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi – CƏDVƏL

İsrail F-35-ə bənzər pilotsuz təyyarə hazırlayır

İsrail F-35-ə bənzər pilotsuz təyyarə hazırlayır

Corc və Amal Kluni meşə yanğınlarına görə Fransadakı malikanələrini tərk etdilər

Corc və Amal Kluni meşə yanğınlarına görə Fransadakı malikanələrini tərk etdilər

Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi AÇIQLANDI

Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi AÇIQLANDI

Polşada Avropanın ən hündür Məryəm heykəli ucaldıldı

Polşada Avropanın ən hündür Məryəm heykəli ucaldıldı

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artdı

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artdı

Daha bir poliklinikanın baş həkimi İŞDƏN ÇIXARILDI

Daha bir poliklinikanın baş həkimi İŞDƏN ÇIXARILDI

Avtobus və taksi sürücüləri psixoloji testdən keçiriləcək? – AYNA-dan AÇIQLAMA

Avtobus və taksi sürücüləri psixoloji testdən keçiriləcək? – AYNA-dan AÇIQLAMA

“Space"də maaşlar rupi ilə verilir – Ayaz Mustafayevdən maraqlı AÇIQLAMA - VİDEO

“Space"də maaşlar rupi ilə verilir – Ayaz Mustafayevdən maraqlı AÇIQLAMA - VİDEO

Bu gün Beynəlxalq Dostluq Günüdür

Bu gün Beynəlxalq Dostluq Günüdür

Cəbi Quliyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Cəbi Quliyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən “Zəfər” Amerika Yay Düşərgəsi uğurla başa çatdı - FOTO

Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən “Zəfər” Amerika Yay Düşərgəsi uğurla başa çatdı - FOTO

Rusiyanın 3 aeroportu bağlandı

Rusiyanın 3 aeroportu bağlandı

Türkiyədə meşə yanğınları: Yüzlərlə sakin təxliyə edildi - VİDEO

Türkiyədə meşə yanğınları: Yüzlərlə sakin təxliyə edildi - VİDEO

Türkiyədə məktəblərdə namaz otaqları yaradılacaq - FOTO

Türkiyədə məktəblərdə namaz otaqları yaradılacaq - FOTO

Səudiyyə Ərəbistanı da ABŞ-a qoşuldu - İraqda İranın dəstəklədiyi qruplara zərbələr endirdi

Səudiyyə Ərəbistanı da ABŞ-a qoşuldu - İraqda İranın dəstəklədiyi qruplara zərbələr endirdi

End of content

No more pages to load

RADİO