Türkiyədə "Trendyol"a qarşı araşdırmalar başlayıb.
Bizim.Media xəbər verir ki, buna səbəb "Trendyol"un malını satmaq istəyən bütün şirkətlərə eyni yanaşmaması və rəqabəti pozması göstərilir.
Araşdırma nəticəsində "Trendyol"un digər şirkətlərin mallarının satışına vasitəçilik etdiyi halda, özünün "TrendyolMilla", "TrendyolMan" və "TrendyolKids" kimi brendlərinə üstünlük hüququ tanıdığı üzə çıxıb.
Şirkət bunun üçün proqram təminatının alqoritmlərinə müdaxilə edib.
Bizim.Media