Türkiyə İranla sərhəd ərazilərə hərbi texnika toplamağa davam edir.
Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, dünən və bu gün Türkiyə PUA-ları İran və Ermənistranla sərhəd boyu uçuşlarını intensivləşdiriblər.
Bundan başqa, Hakkari vilayətində artilleriya vasitələri və zirehli texnika kolonunun hərəkəti müşahidə olunmağa başlanıb.
Xatırladaq ki, İran son günlər Azərbaycanla sərhəddə irimiqyaslı hərbi təlimlər keçirir.
Bizim.Media