Paris məhkəməsi Fransanın keçmiş prezidenti Nikola Sarkozini 2012-ci il seçki kampaniyasına həddindən artıq xərc çəkdiyinə görə bir il həbs cəzasına məhkum edib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Fransanın “Le Monde” nəşri yayıb.
Hakim bildirib ki, keçmiş Fransa prezidenti cəzasını evdə elektron nəzarət altında çəkməli olacaq.
Məhkəmə təsbit edib ki, Sarkozi seçki kampaniyasında xərclərinin qanunla necə xərclənəcəyini bilirmiş və ona bu haqda xəbərdarlıq da edilib. Buna baxmayaraq, o, kampaniya mitinqlərini davam etdirib.
Prokurorluq Sarkoziyə 6 ay həbs cəzası istəyib. Bundan əlavə, ona daha altı ay şərti həbs cəzası verilib və 3750 avro cərimə kəsilib.
Bizim.Media