İsveçdə koronavirus pandemiyası ilə əlaqədar demək olar ki, əvvəllər tətbiq edilən bütün məhdudiyyətlər qaldırılır.
Bizim.Media xəbər verir ki, həm daxili, həm də açıq havada kütləvi tədbirlərə qatılanların sayına qoyulan məhdudiyyətlər tamamilə ləğv edilir.
COVID-19 simptomları görünən ölkə sakinlərindən evdə qalmaları və test etdirmələri xahiş olunur.
İsveçdə 16 yaşdan yuxarı əhalinin 83,6 %-i azı bir doza COVID-19 peyvəndi vurdurub.
Bizim.Media