İtaliyanın səhiyyə naziri Roberto Speranza, Avropa Birliyi xaricində bir sıra ölkələrlə eksperimental əsaslarla və xüsusi protokollarla turizm dəhlizlərinin təhlükəsizliyini müəyyən edən fərman imzalayıb.
Bizim.Media xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.
Söhbət Maldiv adalarından, Mavritaniyadan, Seyşel adalarından, Dominikan Respublikasından, Misirdən (yalnız Şarm əş-Şeyx və Marsa Alam şəhərlərindən) və Arubadan gedir.
İtaliyaya turist girişi Avropa İttifaqı ölkələrindən, eləcə də İngiltərədən, ABŞ -dan, Yaponiyadan və Kanadadan COVİD-19 test sertifikatı ilə mümkündür.
Bizim.Media