Fransanın "Monako" klubunun sahibi Dmitri Rıbolovlev 67 metr uzunluğunda olan Anna I adlı yaxtasını satıb.
Bizim.Media "Forbes"ə istinadən xəbər verir ki, məbləğ dəqiq açıqlanmasa da, rusiyalı iş adam satış şərtlərindən razı qalıb. Alıcının kimliyi isə məlum deyil.
Yaxtaya 53,9 milyon avro qiymət qoyulmuşdu.
Qeyd edək ki, 2007-ci ildə ANiderlandın "Feadship" gəmiqayırma zavodunda istehsal edilmiş və milyarderın qızının adını daşıyan yaxta vertolyot meydançası, qaraj, 12 qonaq üçün 6 kabinlə təchiz olunub.
Bizim.Media