Erməni filmi Belarusda Azərbaycan tərəfinin təkidi ilə festivaldan çıxarılıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya “past.am” saytında yerləşdirilib.
Mənbə yazır ki, daha bir erməni filmi MDB ölkələrinin "Eurasia DOC-2021" 6-cı sənədli film festivalında biabırçılıqla üzləşib.
Belə ki, Armen Xaçatryanın “Yarımçıq xatirələr” sənədli filmi oktyabrın 1-də Minskdə "Belarus" kinoteatrında nümayiş olunmalı idi, lakin sentyabrın 25-də azərbaycanlıların təkidi ilə festivalın proqramından kənarlaşdırılıb.
Bizim.Media