The Washington Times: “Azərbaycanın qələbəsi Minsk Qrupu üçün ağır zərbə oldu”

“Minsk Qrupunun 27 illik səmərəsiz vasitəçiliyindən sonra, keçən ilin 27 sentyabrında başlayan və münaqişənin mahiyyətini kökündən dəyişdirən 44 günlük müharibə zamanı Azərbaycan birtərəfli qaydada status-kvonu ləğv etdi”

Bizim.Media xəbər verir ki, bu fikirləri ABŞ Dövlət Departamentinin keçmiş sözcüsü, eks-səfir və hal-hazırda lobbiçilik fəaliyyəti ilə məşğul olan amerikalı diplomat Adam Ereli nüfuzlu “The Washington Times” jurnalında dərc olunan məqaləsində qeyd edib.

Həmin məqalənin tam mətnini təqdim edirik:
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağ zəfəri “Washington Times”ın gündəmində


“2021 çoxtərəfli diplomatiya tərəfdarları üçün uğursuz bir ildir. Məsələn, NATO-nun Əfqanıstandakı missiyası nəzarətsiz bir xaosa çevrildi.

BMT -nin himayəsi altında münaqişənin həlli üçün edilən səylərə baxmayaraq, Yəmən dünyanın ən acınacaqlı humanitar böhranı olaraq qalır. Birləşmiş Ştatların Qərbi Saxara üzərində Mərakeşin suverenliyini tanıması, onilliklərdir BMT-nin himayə etdiyi vasitəçiliyi ləğv etdi. Beynəlxalq əməkdaşlıq qlobal “COVID-19” pandemiyasına cavab olaraq müəyyən qədər millətçiliyə yol verdi.

Çoxtərəfli diplomatiya “ölü” olmasa da, bu uğursuzluq siyahısı onu dəstəkləyən beynəlxalq forumun artıq məqsədlərə uyğun olmadığını göstərir.

Xüsusilə də, Minsk Qrupunun fəaliyyətsizliyini simvolizə edən nümunələr arasında Qarabağ münaqişəsininin idarə edilməsindən daha yaxşısı o qədər də çox deyil.

1992 -ci ildə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) tərəfindən Qarabağ münaqişəsinin həlli üçün yaradılan Minsk Qrupu, mövcud çoxtərəfli vasitəçilik mexanizmlərinin uğursuz fəaliyyətinə ən önəmli örnəklərdən biridir.

Belə ki, 1994-cü ildə razılaşdırılan atəşkəs, Qarabağın kiçik bir hissəsi üçün mübarizəyə başlayan Ermənistanın Azərbaycan ərazilərinin 20%-ni işğal altında saxlamasına səbəb oldu.
 

Nəticədə, Minsk Qrupunun 27 illik səmərəsiz vasitəçiliyindən sonra, keçən ilin 27 sentyabrında başlayan və münaqişənin mahiyyətini kökündən dəyişdirən 44 günlük müharibə zamanı Azərbaycan birtərəfli qaydada status-kvonu ləğv etdi.


Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin böyük hissəsini, o cümlədən “Dağlıq Qarabağ” adı ilə qeyd olunan ərazinin 40% -ni geri aldı.

Ancaq daha da əhəmiyyətlisi, münaqişə Minsk Qrupu üçün ağır zərbə oldu. Belə ki, Fransanın qərəzli mövqeyi, Minsk Qrupunun 3-cü həmsədri olan Rusiyanın öz maraqlarına uyğun formada atəşkəsi təmin etməsinə səbəb oldu.

Jamestown Vəqfinin son hesabatında Minsk Qrupu haqqında cəlbedici bir nekroloq verilib:

“Çoxtərəfli diplomatiya, münaqişənin həlli üçün bir vasitə olaraq keçmiş SSRİ məkanında və Rusiyanın mövcudluğunu qoruduğu bölgələrdə uğursuzluğa düçar oldu. Qərb çoxtərəfli diplomatiya ilə Gürcüstanda, Moldovada, Ukraynada, Suriyada və indi Ermənistan-Azərbaycan Qarabağ münaqişəsində məqsədinə nail olmağa yalnızca cəhd etdi”.

Minsk Qrupunun bir çox uğursuzluqları digər beynəlxalq münaqişələrin həlli səyləri üçün olan problemlərdə də özünü göstərib. Buna müvafiq olaraq Rusiya, Çin və digərləri (Türkiyə, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri) dünyanın yeni güc dinamikasına məhəl qoymurlar.

Belə olan halda isə, ölkələrin ərazisinə müdaxilənin yeni səviyyəsi uzunmüddətli öhdəliklərə, “sürünən” konfliktlərin meydana gəlməsinə və danışıqlar yolu ilə uzlaşma perspektivlərinə qarşı çıxan yeni ideyaların inkişafına gətirib çıxarır.
 

Vəziyyəti daha da ağırlaşdıran digər bir amil isə, beynəlxalq diplomatiyanın aparıcı forumlarında, onların effektivliyini pozan konsensusa ehtiyacdır. Belə ki, ATƏT, Aİ, NATO və hətta BMT Təhlükəsizlik Şurasının üzvləri çox müxtəlifdir və onların mexanizmləri vaxtında qərar verməyə imkan vermir.


Və buna rəğmən, bu struktur çatışmazlıqlarına və geosiyasi reallıqlara baxmayaraq, ABŞ liderləri və müttəfiqləri “ölü atı döyməyə” davam edirlər.

Belə ki, Azərbaycan-Ermənistan sərhədi yaxınlarında baş verən proseslərə cavab olaraq ABŞ Dövlət Departamenti tərəfləri 28 iyul tarixində "ATƏT-in Minsk Qrupunun himayəsi altında əsaslı müzakirələrə qayıtmağa" çağırdı.

Dövlət katibi Blinken, bir neçə həftə əvvəl erməni həmkarına yazdığı məktubda "Minsk Qrupunun həmsədrlərinin himayəsi altında əsaslı danışıqlara yenidən başlamağa" dəvət edəndə bu çağırış ikiqat artdı.

Böyük Britaniya da bu yaxınlarda "Minsk Qrupun münaqişələrin həllində müraciət olunmalı olan əsas format olaraq qaldığını" iddia etdi.
 

Əsas reallıq isə bundan ibarətdir ki, Qarabağda və digər regional qaynar nöqtələrdə köhnəlmiş və qüsurlu münaqişələrin həlli mexanizmlərinə kölə bağlılığı Qərbi artan diqqətsizliyə və uğursuzluğa məhkum edir. Eyni zamanda fürsət gözləyən rəqiblər vəziyyətdən öz xeyirlərinə istifadə edərək ABŞ -ın etibarını daha da aşağı salırlar.


Qəribə dəyərlərə və maraqlara uyğun, effektiv çoxtərəfli vasitəçiliyi uğurla yenidən canlandıra biləcək yeni bir alternativ varmı? Yoxsa sürətlə dəyişən dünya ilə yaxından maraqlanan və uzaq ölkələrdəki açıq münaqişələrə səbirsiz qalmış yerli auditoriya ilə üzləşən ABŞ siyasətçiləri təsirli cavab vermək üçün yetərli iradə və təsəvvürə malik deyillərmi? 

Bu suallar müzakirə üçün açıqdır, amma bir şey dəqiqdir: Amerikanın hərəkət etməməsi yalnız düşmənlərimizi cəsarətləndirəcək və müttəfiqlərimizi sarsıdacaq”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paşinyan Rusiyanı arbitraj məhkəməsi ilə HƏDƏLƏDİ

Paşinyan Rusiyanı arbitraj məhkəməsi ilə HƏDƏLƏDİ

İşğaldan azad edilmiş ərazilərdə 11 mindən çox insan məşğulluqla təmin olunub

İşğaldan azad edilmiş ərazilərdə 11 mindən çox insan məşğulluqla təmin olunub

Cəbiş müəllim KREDİT reklamında – “Rabitəbank” milli irsimizi kommersiyaya necə ÇEVİRİR? – VİDEO

Cəbiş müəllim KREDİT reklamında – “Rabitəbank” milli irsimizi kommersiyaya necə ÇEVİRİR? – VİDEO

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı layihələrə nə qədər investisiya yatırılıb?

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı layihələrə nə qədər investisiya yatırılıb?

Ləğv prosesində olan 9 bankın əmlakları HƏRRACA çıxarılır

Ləğv prosesində olan 9 bankın əmlakları HƏRRACA çıxarılır

Bərdədə 36 yaşlı qadın yıxılaraq VƏFAT ETDİ

Bərdədə 36 yaşlı qadın yıxılaraq VƏFAT ETDİ

Qumar oyunları ilə bağlı cəzalar sərtləşdirildi - 4 ilədək HƏBS, CƏRİMƏ...

Qumar oyunları ilə bağlı cəzalar sərtləşdirildi - 4 ilədək HƏBS, CƏRİMƏ...

İyulun son günü çimərliklərdə hava necə olacaq?

İyulun son günü çimərliklərdə hava necə olacaq?

Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır – FOTO

Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır – FOTO

İranda ZƏLZƏLƏ oldu

İranda ZƏLZƏLƏ oldu

Ben Afflek "Kim milyonçu olmaq istəyir?" şousunda 1 milyon dollar qazandı – VİDEO

Ben Afflek "Kim milyonçu olmaq istəyir?" şousunda 1 milyon dollar qazandı – VİDEO

Naxçıvanda “Fortuna” şirkətinin tikinti qalmaqalı: Sakinlər yarımsökülmüş binada acınacaqlı vəziyyətdə qalıblar - VİDEO

Naxçıvanda “Fortuna” şirkətinin tikinti qalmaqalı: Sakinlər yarımsökülmüş binada acınacaqlı vəziyyətdə qalıblar - VİDEO

Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi

Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi

“Nyukasl”da gözlənilməz ayrılıq: Baş məşqçi gedir

“Nyukasl”da gözlənilməz ayrılıq: Baş məşqçi gedir

DGK-da yeni idarə yaradıldı, rəis təyin edildi

DGK-da yeni idarə yaradıldı, rəis təyin edildi

AQTA-dan Yevlaxda gənc qızın ölümü ilə bağlı AÇIQLAMA

AQTA-dan Yevlaxda gənc qızın ölümü ilə bağlı AÇIQLAMA

Aİ Ermənistandan bunu tələb edəcək? - Rusiya vətəndaşlarına viza, Moskvaya qarşı sanksiyalara qoşulmaq

Aİ Ermənistandan bunu tələb edəcək? - Rusiya vətəndaşlarına viza, Moskvaya qarşı sanksiyalara qoşulmaq

Laçında müharibə veteranları üçün yaradılan kiçik təsərrüfatlara MEDİATUR - FOTO

Laçında müharibə veteranları üçün yaradılan kiçik təsərrüfatlara MEDİATUR - FOTO

Züqanov: Reyxstaqın divarlarında bir dənə də olsun nalayiq ifadə olmayıb – VİDEO

Züqanov: Reyxstaqın divarlarında bir dənə də olsun nalayiq ifadə olmayıb – VİDEO

“Düzgün qiymətləndirmə investisiya risklərini azaldır” - Qiymətləndiricilər Palatası

“Düzgün qiymətləndirmə investisiya risklərini azaldır” - Qiymətləndiricilər Palatası

Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq

Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq

Paşinyan Ermənistan hökumətinin istefasını ELAN ETDİ - VİDEO

Paşinyan Ermənistan hökumətinin istefasını ELAN ETDİ - VİDEO

Avstraliyada Telegram-a qarşı məhkəmə prosesi başladı - SƏBƏB

Avstraliyada Telegram-a qarşı məhkəmə prosesi başladı - SƏBƏB

XIV Leo: Mən ilk növbədə Roma Papasıyam, sonra amerikalı

XIV Leo: Mən ilk növbədə Roma Papasıyam, sonra amerikalı

End of content

No more pages to load

RADİO