Yunanıstanda zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Krit adasında baş verən zəlzələnin 5,3 bal gücündə olduğunu bildirib.
Təkanların episentri İraklion şəhərindən 18 km cənub-şərqdə yerləşib.
Zəlzələ nəticəsində 1 nəfərin öldüyü, 20 nəfərin yaralandığı bildirilir. Yaralıların sayının artacağı ehtimal olunur.
Bizim.Media