İran Prezidenti İbrahim Rəisinin sentyabrın 29-da Rusiyaya səfəri planlaşdırılmayıb.
Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"İran prezidenti? Xeyr, gözlənilmir". Kremlin sözçüsü jurnalistlərin Rəisinin Rusiya və Türkiyə liderləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək danışıqlara qatılıb-qatılmayacağı sualına cavab verərkən belə deyib.
TASS xəbər verir ki, görüş sentyabrın 29-da Soçi şəhərində baş tutacaq.
Bizim.Media