Rusiya Prezidenti Vladimir Putin hakimiyyət dəyişikliyinin tərəfdarıdır, ancaq bu “sırınan ideya” işə maneçilik törətməməlidir.
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov səsləndirib.
"Hər şey öz ölçüsündə olsa yaxşıdır. Bilirsiniz ki, əksər məsələlərdə prezident balanslı bir yanaşmanın tərəfdarıdır”. Peskov “dəyişiklik dəyərdir, yoxsa bu, hökumət üçün faydalıdır?” sualına cavab verərkən belə deyib.
Rusiya bölgələrinin qubernatorlarının ardıcıl iki dəfədən artıq seçilməsinə icazə verən qanun layihəsi sentyabrın 27-də Dövlət Dumasına təqdim edilib.
Bizim.Media