Ukraynanın Odessa vilayətinin Kodımı şəhərinin meri Sergey Lupaşko sakinləri bayramda güldürüb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “mk.ru” saytı yayıb.
Mənbə yazır ki, şəhər gününə həsr olunmuş şənlikdə mer Ukrayna dilində bir təbrik oxumağa çalışıb, ancaq mətni mənimsəməyib.
Bu haqda video sosial şəbəkələrdə yerləşdirilib. Mer çıxışına rus dilində başlayıb. Ancaq sonra məmur Ukrayna mətnini görüb və özünü itirib, hər sözü hıqqına-hıqqına oxuyub.
Bir anda Lupaşko eynəyini taxmaq üçün ara verib.
Onun sözlərinə görə, mətni yaxşı görməyib. Ancaq eynəklər də kömək etməyib, mer mətni çətinliklə oxuyub.
Kodımı sakinləri baş verənlərə yumorla reaksiya veriblər. Tədbirdə meri ruhlandırmaq üçün alqışlamağa başlayıblar.
Ukrayna dili respublikada dövlət dilidir. Bir müddət əvvəl hökumət həyatın bütün sahələrində Ukrayna dilinin tətbiqi üçün yeni konsepsiyanı təsdiqləyib. İlin əvvəlindən Ukrayna dili xidmət sektorunda, iyul ayından isə konsertlərdə, film nümayişlərində və sərgilərdə məcburi hala gəlib.
Bizim.Media