Rusiyanın Novosibirsk vilayətində 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Dimitrov prospekti ilə Dəmiryol Stansiyasına doğru hərəkətdə olan “Volkswagen Polo” markal avtomobil idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.
Zərbənin gücündən maşın yanmağa başlayıb. Sürücü və avtomobildə olan digər 2 sərnişin sıxılı vəziyyətdə olduqlarından maşında çıxa bilməyiblər. Hər üçü diri-diri yanaraq faciəli şəkildə ölüblər.
İlkin məlumata görə, yağışlı havadan sonra yolda sürüşkənlik olub. Bu da əsas səbəb kimi ehtimal edilir.
Bizim.Media