Amerikanın neft-qaz nəhəngi “Baker Hughes Services İnternational LLC" şirkətinin Azərbaycan respublikasındakı nümayəndəliyinə yeni rəhbər təyinatı olub.
Bizim.Media xəbər verir ki, şirkətin Rusiya Xəzər regionu üzrə Komplayns Direktoru Zaur Allahverdizadə Azərbaycan nümayəndəliyinə rəhbər təyin edilib.
Qeyd edək ki, Zaur Allahverdizadə həmin şirkətin Azərbaycan və Gürcüstan üzrə Hüquqşünası, daha sonra isə “Rapid Solutions” şirkətində Hüquq və Komplayns üzrə menecer vəzifələrində çalışıb.
Bizim.Media