“Rusiya prezidenti Vladimir Putin Dumaya seçkilərin səsverməsində iştirak edəcək”.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov açıqlayıb.
Onun sözlərinə görə, Putin onlayn-servisdən yararlanacaq:
“Prezident orada qeydiyyatdan keçib. Özünütəcridə görə prezident əyani səsverməyə qatılmaz”.
Qeyd edək ki, Rusiya Dumasına seçkilər sentyabrın 17-dən 19-na kimi keçiriləcək. Buna paralel 9 bölgənin regional parlamentlərinə də seçkilər baş tutmalıdır.
Bizim.Media