Polşanın “Çarni Prjibmerj” klubunun qapıçısı Yakub Valençik vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
21 yaşlı futbolçu Zelenoy Qure qəsəbəsi yaxınlığında avtomobil qəzası nəticəsində həyatını itirib.
Qeyd edək ki, həmin qəzada 50-dən çox insan xəsərət alıb. Onlardan vəziyyəti nisbətən ağır olan 23 nəfər xəstəxanalara yerləşdirilib.
Bizim.Media