"Taliban" hərəkatı Əfqanıstanın Pəncşir əyalətini tamamilə ələ keçirib.
Bizim.Media xəbər verir ki, informasiyanı "TASS" agentliyi yayıb.
Mənbə yazır ki, bu barədə bazar ertəsi Taliban sözçüsü Zabihullah Mücahidin "Twitter"ində deyilir.
"Son qala olan Pəncşir əyaləti tamamilə ələ keçirildi. Üsyançıların bir qismi məğlub oldu, qalanları isə qaçdı ", - mesajda bildirilir.
Taliban əyalət sakinlərinə qarşı ayrı-seçkilik etmək niyyətində olmadıqlarını söyləyib.
Bizim.Media