Litvalı alimlər yüngül idrak pozğunluqlarının insanda Altseymer xəstəliyinin inkişafını göstərdiyini müəyyən ediblər.
Bizim.Media “Ria Novosti” -yə istinadən xəbər verir ki, bu barədə litvalı alimlər tərəfindən araşdırma aparılıb.
Məlumatda bildirilir ki, 138 xəstənin beyninin MRT görüntülərinin analizi əsasında alimlər bu cür pozuntuları aşkar edə biləcək alqoritm hazırlamağı bacarıblar.
Alqoritmi hazırlayan alimlərin sözlərinə görə, sözügedən metod xəstəliyin inkişafını 99 faiz dəqiqliklə proqnozlaşdırmağa imkan verir. Eyni zamanda süni intellektin istifadəsi prosesi əhəmiyyətli dərəcədə sürətləndirir.
Bizim.Media