İrlandiya millisinin baş məşqçisi Stiven Kenni DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla keçirdikləri matçdan (1:1) sonra təşkil olunan mətbuat konfransında Emin Mahmudovun zərbəsindən söz açıb.
Bizim.Media xəbər verir ki, Kenni Mahmudovun önünü kəsə bilmədiklərini də etiraf edib:
"Mahmudov cərimə meydançasının kənarından baxımlı qola imza atdı.
Onun bu cür zərbələri necə yerinə yetirdiyini daha əvvəl görmüşük. Futbolçunun önünü bağlamalı idik, sadəcə, edə bilmədik. Bu, öldürücü zərbə idi".
Bizim.Media