Əfqanıstanın Pəncşir əyalətindəki müqavimət qüvvələrinin nümayəndəsi Fahim Daşti bu gün “Taliban” hərəkatının 600 silahlısının zərərsizləşdirildiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, özünün tvittrdəki hesabında yazıb.
“Səhər saatlarından Pəncşirin ayrı-ayrı rayonlarında 600-ə yaxın silahlı zərərsizləşdirilib. “Taliban”ın 1 000-dən çox döyüşçüsü ələ keçirilib və ya silahı yerə qoyub”, - Daşti tvitterdə yazıb.
Onun sözlərinə görə, “taliblər” ölkənin digər ərazilərindən təchizatla bağlı çətinliklərlə üzləşiblər.
Bizim.Media
