Rusiyada uşaqların kütləvi şəkildə zəhərlənməsindən sonra cinayət işi açılıb.
Bizim.Media xəbər verir ki, Rusiyanın Nijni Novqorod şəhərindəki 13 saylı gimnaziyada 40-dan çox məktəbli zəhərlənib.
Onlardan 24 nəfəri həkimə müraciət edib, 3 uşaq xəstəxanaya yerləşdirilib. Məktəblilərdə kəskin bağırsaq infeksiyasının əlamətləri aşkar edilib.
Gimnaziyadan bildiriblər ki, təhsil müəssisəsində dərs ilinin əvvəlindən yeməkxana və bufet işləmədiyindən, uşaqların qidadan zəhərlənməsi istisna edilir.
Bizim.Media