General-mayor Cami Cami cümə axşamı Suriyanın şərqində vəzifə başında silahlı qruplaşma tərəfindən qətlə yetirilib
Suriyada hərbi kəşfiyyat rəisi, general-mayor Cami Cami öldürülüb. Cami Caminin müxalifətçi qruplaşma tərəfindən Dəyr əl Zorda qətlə yetirilib.
Suriya dövlət televiziyasının açıqlamasından əvvəl özünü "Ayşə Bin Sadiq Tuqayi" kimi adlandıran müxalif silahlı qruplaşma Camini öldürdüklərini etiraf edib. General-mayor Cami Cami, Suriya ordusu 2005-ci ildə aprel ayında Livan torpaqlarından çıxmazdan əvvəl “Təhlükəsizlik üzrə hərbi kəşfiyyat bölümünün rəis müavini” vəzifəsini icra edirdi.
Cami Livan keçmiş baş naziri Refik Hairiyə sui-qəsddə ittiham edilirdi. Ölümün təfərrüatları hələki açıqlanmır.