Sosial şəbəkələrdə Taliban hərəkatının üzvlərinin ələ keçirilmiş Kabilin infrastrukturunu mənimsədiyini əks etdirən videolar yerləşdirilib.
Bizim.Media xəbər verir ki, videogörüntülərdə Taliban yaraqlıları uşaq əyləncə parkında vaxt keçirir, idman zalında məşq edir, voleybol oynayır və batut üzərindən tullanır.
Videoda yerli sakinlər gözə dəymir. Yaraqlılar öz silahdaşlarının əhatəsində dincəlirlər. Xatırladaq ki, 15 avqustda Taliban qoşunları Kabilə girib. Şəhər döyüşmədən təslim olub.
Əfqanıstan Prezidenti Əşrəf Qani istehfa verərək ölkəni tərk edib. Qərb ölkələri hazırda vətəndaşlarını və diplomatlarını ölkədən çıxarmağa çalışırlar.
Bizim.Media