Rusiyada son sutka ərzində daha 20 958 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi ölkənin Operativ Qərargahına istinadən yayıb.
Mənbə bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 6 642 559 nəfərə çatıb.
Son sutka ərzində 805 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 172 110 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Braziliya və Fransadan sonra beşinc yerdə gəlir.
Bizim.Media