"Taliban" hökumət rəsmilərinə ümumi əfv elan etdiyini bildirərək, onları işə qayıtmağa çağırıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı AFP agentliyi "Taliban" təşkilatına istinadən yayıb.
"Hamı üçün ümumi bir əfv elan edildi. Buna görə gündəlik həyatınıza tam əminliklə başlaya bilərsiniz", - deyə bəyanatda vurğulanıb.
Xatırladaq ki, "Taliban" Əfqanıstana nəzarəti ələ keçirib, Prezident Əşrəf Qani istefa verərək ölkədən qaçıb.
Bizim.Media