Arvadını Maltada öldürmək üçün killer axtaran azərbaycanlı kimdir? - TƏFƏRRÜAT

Maltada yaşayan azərbaycanlı qadın yerli hüquq-mühafizə orqanlarına müraciət edərək ərinin onu öldürmək üçün killer tutduğunu bildirib.

Bizim.Media "The Times of Malta” nəşrinə istinadən xəbər verir ki, ötən həftənin cümə günü prokurorluq tərəfindən məhkəməyə təqdim edilən sənədlərə əsasən qadın boşanma prosesində olduğu ərinin onu qətlə yetirmək planlarını aşkar edib.
 

Prokuror Piter Pol Zammit tərəfindən məhkəməyə təqdim edilən sənədlərdə "qorxmuş və həyacanlı vəziyyətdə olan” qadının ərinin bu planını necə aşkarladığı təsvir olunur.


Bildirilir ki, qadının əri onun əməkdaşı olduğu təxmin edilən azərbaycanlı ilə arvadını öldürmək üçün Maltada killer tutması barədə söhbət aparıb. Qadın hakim Yan Farrugiaya təqdim etdiyi ərizəsinə iki videofayl da əlavə edib. Həmin videofayllarda bir nəfər azərbaycanlı bildirir ki, qadının ondan ayrı yaşayan əri qətl planını onunla müzakirə edib.

Bu şəxs bildirir ki, qətlə görə Azərbaycandan ona böyük məbləğdə pul təklif ediblər.

Plana əsasən muzdlu qatil qadını öldürməli və daha sonra Maltadan qaçmalı idi. Videoda azərbaycanlı bildirir ki, qadının əri ilə yaxın münasibətləri olub. Və o, arvadı ilə olan problemlərdən danışıb. Adı açıqlanmayan bu azərbaycanlının sözlərinə görə, ər arvadından yaxa qurtarmaq, yəni onu öldürmək istəyir və bunun üçün sanballı məbləğ ödəməyə hazırdır.
 

Qadın habelə bildirir ki, həmin azərbaycanlının onun yanına gəlişindən bir neçə ay əvvəl mənzilinə gizli kamera və səsyazan qurğu yerləşdirilib.


Həmin qurğu və müvafiq fotolar araşdırma üçün məhkəməyə təqdim olunub.

Mənbələr "Times of Malta” nəşrinə deyiblər ki, ər-arvadın arasında problemlər bir neçə ildir davam edir. Məhkəmə araşdırmaları barədə sorğunun verilməsi məhkəməyə istənilən sübutları əldə edib saxlamaq və həmin xarici vətəndaşı (azərbaycanlını) dindirmək üçün Maltaya çağırmaq səlahiyyəti verir. Qadının ondan ayrı yaşayan əri tərəfindən öldürülməsi planına görə təqsirləndirilən şəxs 20 ilə qədər azadlıqdan məhrum edilə bilər. (Virtualaz.org)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İtkin düşən 7 nəfər TAPILDI

İtkin düşən 7 nəfər TAPILDI

Qərarları tez dəyişən 5 BÜRC

Qərarları tez dəyişən 5 BÜRC

Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq?

Ukrayna Ufadakı iri neft emalı zavodunuVURDU

Ukrayna Ufadakı iri neft emalı zavodunuVURDU

Bu şəxslərin pensiyası belə artırılacaq – Deputat detalları açdı

Bu şəxslərin pensiyası belə artırılacaq – Deputat detalları açdı

Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi

Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi

Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı

Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?

Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?

Ukrayna bu ölkəyə müraciət etdi: Rusiya bayraqlarını açmağa icazə verməyin!

Ukrayna bu ölkəyə müraciət etdi: Rusiya bayraqlarını açmağa icazə verməyin!

Osman Nurməhəmmədov 22-ci dəfə ÇEMPİON oldu

Osman Nurməhəmmədov 22-ci dəfə ÇEMPİON oldu

Mehriban Əliyevadan Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım – FOTO

Mehriban Əliyevadan Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım – FOTO

Hikmət Hacıyev: “Dilimizi qorumaq, zənginləşdirmək hər birimizin məsuliyyətidir" – VİDEO

Hikmət Hacıyev: “Dilimizi qorumaq, zənginləşdirmək hər birimizin məsuliyyətidir" – VİDEO

Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?

Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?

Azərbaycan manatının dövretmə sürəti iyunda ARTIB

Azərbaycan manatının dövretmə sürəti iyunda ARTIB

Sumqayıtda fərdi yaşayış evində yanğın –VİDEO

Sumqayıtda fərdi yaşayış evində yanğın –VİDEO

ABŞ-da qırıcı təyyarə qəzaya uğradı - FOTO

ABŞ-da qırıcı təyyarə qəzaya uğradı - FOTO

Bilgəhdə 25 yaşlı gənc dənizdə BATDI

Bilgəhdə 25 yaşlı gənc dənizdə BATDI

Sabahın HAVASI: 39 dərəcə isti olacaq

Sabahın HAVASI: 39 dərəcə isti olacaq

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Almaniyada isti hava 9800 nəfərin həyatına son qoyub

Almaniyada isti hava 9800 nəfərin həyatına son qoyub

İsmayıllıda zəncirvari QƏZA: Xəsarət alan var – FOTO

İsmayıllıda zəncirvari QƏZA: Xəsarət alan var – FOTO

Evlilikdən uzaq duran 3 bürc

Evlilikdən uzaq duran 3 bürc

Ötən gün bəzi ərazilərə yağış yağıb, külək əsib

Ötən gün bəzi ərazilərə yağış yağıb, külək əsib

"Arsenal"dan 90 milyon avroluq yeni transfer

"Arsenal"dan 90 milyon avroluq yeni transfer

End of content

No more pages to load

RADİO