Əfqan hərbi hava qüvvələrinə aid iki pilot həyatda qalıb.
Bizim.Media “REN TV”yə istinadən xəbər verir ki, təyyarənin qəzalı enişi avqustun 15-də sərhədi qanunsuz pozmaq cəhdindən sonra yaşanıb.
Əfqanlara məxsus təyyarə Özbəkistanın Surhandərya ərazisinə düşüb. Hazırda sərhəd pozulması ilə bağlı istintaq gedir və hərbçilərlə güc strukturları insidenti araşdırır.
“Telegram” kanallarında yayılan məlumata görə isə, hərbi təyyarə Talibana məxsus olub və Özbəkistanın HHM-i tərəfindən vurulub.
Bizim.Media