Haitidə zəlzələ nəticəsində ölənlərin sayı 1 297 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi ölkənin mülki müdafiə idarəsinə istinadən yayıb.
Məlumata əsasən, zəlzələ zamanı həmçinin 5,7 min nəfər xəsarət alıb, onlardan 3,2 min nəfəri xəstəxanalara yerləşdirilib.
Bildirilir ki, dağıntılar altında qalan insanların axtarışları davam etdirilir.
Qeyd edək ki, avqustun 14-ü Haitidə 7,2 bal gücündə zəlzələ baş verib.
Bizim.Media