"Ekstaz" - Erotika və modern texnologiyalar



I Yazı

"Ekstaz" adlı bir çex filmi var. 1933-cü ildə çəkilib. Kino tarixinin ilk erotik səhnələri bu əsərdə yer alıb. Film Roma papası tərəfindən yasaqlanmış, bir çox Avropa ölkəsi onu prokatdan qaldırmışdı.

Hitler filmi bəyənmiş, ancaq bəzi yerlərini qayçıladıqdan sonra ekranlara çıxmasına icazə vermişdi.  

İndiki seyriciyə bu film çox məsumanə və abırlı görünər. Ancaq 90 il əvvəlki puritan avropalı üçün "Ekstaz" biabırçı bir sinema filmi idi, onu indiki anlamda "18+" kateqoriyasına aid edərdilər. O zamankı cəmiyyət erotikaya, açıq-saçıq səhnələrə hələ hazır deyildi. Əslində bu gün gördüklərimizlə müqayisədə filmdə çox da etiraz ediləcək bir şey yoxdur - əsərin qəhrəmanı Eva adlı gənc bir qadın 10 dəqiqə boyunca göldə "lüt-üryan" üzür, vəssalam.



II Yazı

Eva rolunda tanınmış avstriyalı və amerikalı aktrisa Hedi Lamarr (1914-2000) çəkilmişdi. Lamarr 1937-ci ildə özündən yaşca böyük və zəngin ərindən qaçaraq Amerikaya sığınır.

Qısa müddət sonra o, Hollivud starına çevrilir, çox sayda məşhur filmdə çəkilir.

Hedi Lamarr sinemadan başqa həm də tanınmış bir ixtiraçı idi. O, 1942-ci ildə torpedo sistemlərini uzaqdan idarəetmə sistemlərini patentləşdirir. Patent bir müddət gözdən iraq qalır. Lamarrın 1953-cü ildə ABŞ vətəndaşlığına keçməsi ilə Pentaqon bu sistemi Dəniz Qüvvələrində tətbiq eləməyə başlayır.



III Yazı

Bu gün evimizdəki TV pultundan tutmuş bütün kabelsiz texnologiyalara qədər hər şeyi (sim kart, wi-fi və başqa həyatımızı zənginləşdirən icadlar) Dünya bu Gözəllər Gözəli qadına borcludur.

Kabelsiz texnologiyaların əsası Tesla tərəfindən təklif olunsa da onların ilk praktik həlli və tətbiqini məhz Hedi Lamarr həyata keçirib. 

Hedi Lamarr IQ səviyyəsinə görə dövrünün ən ağıllı və zəki qadınlarından biri idi. Şəxsən mən "Erkəklər ağıllı qadınları" sevməzlər" fikri ilə qətiyyən razı deyiləm. Zənnimcə, ancaq ağılsız kişilər ağıllı qadını sevməzlər.

İbrahim Nəbioğlu - politoloq jurnalist

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rauf Məmmədov vəzifəsindən AZAD EDİLDİ

Rauf Məmmədov vəzifəsindən AZAD EDİLDİ

ABŞ vətəndaşlarına çağırış etdi: “Yaxın Şərqi tərk edin!”

ABŞ vətəndaşlarına çağırış etdi: “Yaxın Şərqi tərk edin!”

SOCAR-ın texniki operatorluğundan 5 il ötür

SOCAR-ın texniki operatorluğundan 5 il ötür

Azərbaycan banklarının xalis xarici aktivləri KƏSKİN ARTIB

Azərbaycan banklarının xalis xarici aktivləri KƏSKİN ARTIB

Ən ağıllılar bu aylarda doğulur – SENSASİON ARAŞDIRMA

Ən ağıllılar bu aylarda doğulur – SENSASİON ARAŞDIRMA

İkinci əl "iPhone"nun ən sərfəli 6 modeli

İkinci əl "iPhone"nun ən sərfəli 6 modeli

Dünya çempionatı: Tunar Həsənov 1/4 finala yüksəlib

Dünya çempionatı: Tunar Həsənov 1/4 finala yüksəlib

Manatla geniş pul kütləsi ARTIB

Manatla geniş pul kütləsi ARTIB

Azərbaycan dilini necə qorumalıyıq? - Ulu Öndərin müəyyən etdiyi YOL

Azərbaycan dilini necə qorumalıyıq? - Ulu Öndərin müəyyən etdiyi YOL

Qaxda dəhşətli QƏZA: Ölən və xəsarət alanlar var – ADLAR

Qaxda dəhşətli QƏZA: Ölən və xəsarət alanlar var – ADLAR

Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir - FOTO

Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir - FOTO

ABŞ Ordusu İranın blokadasına dair açıqlama yaydı

ABŞ Ordusu İranın blokadasına dair açıqlama yaydı

İtkin düşən 7 nəfər TAPILDI

İtkin düşən 7 nəfər TAPILDI

Qərarları tez dəyişən 5 BÜRC

Qərarları tez dəyişən 5 BÜRC

Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq?

Ukrayna Ufadakı iri neft emalı zavodunuVURDU

Ukrayna Ufadakı iri neft emalı zavodunuVURDU

Bu şəxslərin pensiyası belə artırılacaq – Deputat detalları açdı

Bu şəxslərin pensiyası belə artırılacaq – Deputat detalları açdı

Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi

Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi

Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı

Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?

Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?

Ukrayna bu ölkəyə müraciət etdi: Rusiya bayraqlarını açmağa icazə verməyin!

Ukrayna bu ölkəyə müraciət etdi: Rusiya bayraqlarını açmağa icazə verməyin!

Osman Nurməhəmmədov 22-ci dəfə ÇEMPİON oldu

Osman Nurməhəmmədov 22-ci dəfə ÇEMPİON oldu

Mehriban Əliyevadan Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım – FOTO

Mehriban Əliyevadan Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım – FOTO

Hikmət Hacıyev: “Dilimizi qorumaq, zənginləşdirmək hər birimizin məsuliyyətidir" – VİDEO

Hikmət Hacıyev: “Dilimizi qorumaq, zənginləşdirmək hər birimizin məsuliyyətidir" – VİDEO

End of content

No more pages to load

RADİO