İranda ötən sutka ərzində 466 nəfər koronavirusdan (COVID-19) ölüb.
Bizim.Media xəbər verir ki, bu informasiyanı İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi yayıb.
Mənbə bildirir ki, ümumilikdə virusdan ölənlərin sayı 97 208 nəfərə çatıb.
İranda ötən sutka ərzində 29 700 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə sözügedən virusa yoluxanların sayı 4 389 085 nəfər olub.
Xatırladaq ki, İran hökuməti koronavirusun beşinci dalğası fonunda sabahdan beşgünlük lokdaun elan edib.
Bizim.Media